![]() |
![]() |
"Ulduz müharibələri" və "İndiana Cons" kimi məşhur filmlərin ulduzu Feliks Silla dünyasını dəyişib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi 84 yaşında vəfat edib. Bu haqda aktyor Cil Cerard "Twitter" hesabında paylaşım edib:
"Feliks cəmi bir neçə saat əvvəl vəfat etdi. Bir insanın ölümünə sevinmək lazımdır, əgər o, vəfat edən zaman ağrılarından azad olursa... Biz onun üçün hər zaman darıxacağıq".
Qeyd edək ki, italyan əsilli amerikalı Feliks Silla yaradıcılığa 1960-cı illərdə başlayıb.