Amerikalı aktrisa Siseli Tayson 96 yaşında dünyasını dəyişib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi aktrisanın nümayəndəsinə istinadən xəbər verib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, S.Tayson 1924-cü ildə ABŞ-da anadan olub. O, film və seriallarda, o cümlədən SSRİ-ABŞ istehsalı olan "Göy quş" musiqili kinolentdə (1976), "Ev qulluqçusu" filmində (2011), "Qətlə görə cəzadan necə qaçmalı" serialında (2014-2020) çəkilib. Dəfələrlə "Oskar" mükafatına namizəd olub, iki dəfə "Emmi" mükafatına layiq görülüb.