Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb.

Qardaş ölkəyə dəstək tədbirləri çərçivəsində Birbank vasitəsilə Türkiyənin bank kartlarına edilən köçürmələrə görə komissiya 31 mart 2023-cü il tarixinədək ləğv olundu.

Komissiyanın tətbiq olunmaması istənilən növ Kapital Bank kartlarından, lakin yalnız Birbank rəqəmsal bankı vasitəsilə edilən karta köçürmə əməliyyatlarına şamildir. İstifadəçilər qeyd olunan köçürmələri xidmət haqqı tətbiq olunmadan öz kart limitləri daxilində həyata keçirə bilərlər.

Bundan başqa Suriyaya Western Union təcili pul köçürmə sistemi vasitəsilə vəsait göndərərkən müştərilərdən heç bir komissiya haqqı tutulmayacaq. Aksiya 8 mart 2023-cü il tarixinədək davam edəcək. Western Union sisteminin özəllikləri, məbləğ limitləri, köçürmə əməliyyatları və digər məlumatlarla saytdan tanış olmaq mümkündür – https://kbl.az/wsunpr.

Qeyd edək ki, Türkiyədə baş vermiş dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə kömək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondunun “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyası davam edir. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az/ saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə “Qırmızı Ürəklər” Fonduna ianə edə bilərsiniz.

Həmçinin zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna — Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.

Ölkənin ilk rəqəmsal bankı olan Birbank bir sıra üstünlüklərə və imkanlara malikdir: rahat qeydiyyat, kartlara və hesablara nəzarət, ödənişlər, taksit kartının və nağd pul kreditinin onlayn əldə edilməsi, bonusların idarə olunması və s. Ətraflı məlumat üçün Birbank tətbiqini yükləyin, https://birbank.az saytına daxil olun və ya 196 Məlumat Mərkəzinə zəng edin.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi