Rusiyada dollar bu gün daha 0,77 rubl bahalaşaraq, 74,57 rubla çatıb.
Axar.az xəbər verir ki, bu barədə Moskva birjasının məlumatında əksini tapıb.
Avro isə 79,88 rubla qalxıb.
Mütəxəssislərin fikrincə, Rusiyada dolların bahalaşmasına səbəb Rusiya biznesinin əsasən AB ölkələri əvəzinə başqa ölkələrdən ixrac tədarükünü bərpa edə bilməsi nəticəsində dollara tələbin artmasıdır.