![]() |
![]() |
Möhtərəm cənab Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi ölkənin enerji sektoru ilə bağlı verdiyi sərəncamlar, tapşırıqlar və qanunlar sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı elektrik şəbəkələrinə qoşulmanın əlçatanlığın daha da artırılmasını təmin edir.
Azərişıq ASC-dən Axar.az-a verilən məlumata görə, elektroenergetika sektorunda fəaliyyət göstərən qurumlar və istehlakçılar arasında yaranan münasibətlərin tənzimlənməsinin təmin edilməsi, enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın təmin edilməsi, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılması, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, istehlakçılara keyfiyyətli xidmətin göstərilməsi, elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasının şəffaf və ayri-seçkiliyə yol verilmədən həyata keçirilmənin təmin edilməsi məsələsi ölkə rəhbərliyinin daima diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tətbiqi ilə bu günə qədər bu sahədə mövcud olan qaydalar arasında ziddiyyətli məqamların aradan qaldırılması ilə yanaşı vahid qanunvericilik bazasının yaradılması təmin edilmişdir.
Belə ki, indiyə qədər ayrı-ayrı istehlakçı kateqoriyalarına aid tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasında fərqli yanaşma tətbiq edilirdi, yəni sahibkarlıq subyektlərinə aid tikinti obyektləri üçün bir “Qayda”nın, məişət abonentləri üçün bir “Qayda”nın orta gərginlikli şəbəkədən qoşulma üçün isə başqa bir “Qayda”lara uyğun olaraq sifarişçilərə texniki şərtlər verilirdi. “Elektroenergertika haqqında” Azərbaycan Respublikasının qanununda edilmiş dəyişilikliyə uyğun olaraq yeni “Qayda”larda aşağı gərginlikli (0.4 kV-luq) şəbəkələrdən qoşulma zamanı texniki şərtlərin verilməsi tikinti obyektlərinin təlabat gücü 150 kVt-dan artırılaraq 200 kVt-a çatdırılmışdır. Yeni qaydaların tətbiqi ilə məişət və sahibkarlara məxsus tikinti obyektlərinin enerji təchizatı (1 fazlı təchizat sxemi üzrə) şəbəkəsinə qoşulmasında eyni tariflər tətbiq ediləcəkdir. Bundan başqa, indiyə qədər tətbiq edilən qaydalara görə texniki şərtlərin verilməsi zamanı minimal təlabat gücü 5 kVt-dan başlayırdı. Yeni qaydalara görə isə tələbat gücü 1 kVt-dan başlaya bilər və uyğun olaraq ödəniş məbləği azalmış olur. Sahibkarların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması zamanı obyektin təyinatına görə tətbiq edilən fərqli ödəniş məbləğləri də aradan qaldırılmışdır. Yeni ödəmə məbləğinə əsasən ticarət, ictimai iaşə,məişət və digər növ xidmət obyektlərində birfazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-70% azalır.
Yeni qaydalarda enerji təchizatı şəbəkəsinə qoşulmalar zamanı texniki şərtlər verilərkən şəbəkənin gücləndirilməsi ilə əlaqədar tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcəklər. Bununla da sahibkarların enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı ümumi xərclərin azalması təmin ediləcəkdir.
Tələb olunan gücü 200 kVt-dan yuxarı olan üçfazlı aşağı gərginlikli (0,4 kV) şəbəkədən və bütün güclər üçün orta gərginlikli şəbəkədən texniki şərtlərin verilməsi zamanı sifarişçidən ancaq enerji təchizatı şəbəkəsinə fiziki qoşulmaya görə ödəniş məbləği alınacaqdır.
Layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin (elektrik veriliş xətlərinin çəkilməsi,avadanlıqların quraşdırılması və s.) yerinə yetirilməsi sifarişçinin seçiminə uyğun olaraq enerji təchizatı müəssisəsi və ya bu işləri görməyə lisenziyası (xüsusi icazəsi) olan qurumlar tərəfindən sifarişçinin vəsaiti hesabına aparılacaqdır. Bu da inhisarçılığın aradan qaldırılması və yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəckdir.
Sonda bir daha qeyd edək ki, bu qaydanın qəbulu ölkədə sahibkarlığın inkişafına dəstək verməklə yanaşı vətəndaş məmnunluğunu artırılmasına xidmət edir.
Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Erkən yaşa görə əmək pensiyası hüququ kişilərdə 60, qadınlarda 58 yaş 6 ay təşkil edir.
Bəs bu hüquqdan hansı halda yararlanmaq mümkündür?
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qanunvericiliyin tələbləri var.
Qanunvericiliyə əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla, beş və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin əmək pensiyasına çıxmaq üçün yaş həddi beş il azaldıla bilər. Bu zaman qanunvericiliyin digər şərtləri də nəzərə alınır. Bu halda uşaqların səkkiz yaşına kimi sağ olması vacibdir.
Bu məsələ kişilərə münasibətdə iki halda müəyyən olunur.
Birinci hal kişinin həyat yoldaşının vəfat etməsi və ya itkin düşməsidir. Bu hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmalı, yəni şəxs ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilməlidir.
İkinci hal isə qadının valideynlik hüququndan məhrum edilməsi və ya nikaha xitam verilməsi səbəbindən uşağın (uşaqların) kişinin himayəsinə verilməsidir ki, bununla bağlı da məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmalıdır. Bu halda kişilər 60 yaşda (65 yaş - 5 il = 60 yaş) pensiyaya çıxa bilirlər.
Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların pensiyaya görə yaş həddi də 5 il azaldılmaqla 58 yaş 6 ay təşkil edir (63 yaş 6 ay - 5 il = 58 yaş 6 ay).
“Qafqazinfo” xəbər verir ki, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu kimi üç mötəbər tədbirin keçirildiyi Bakı Ekspo Mərkəzində “166 Logistika” brendi ilə yanaşı ölkənin evakuasiya sahəsində öndə olan “156 Evakuasiya” şirkəti də fərqli və maraqlı stendi ilə seçilənlər arasında idi.
Dünyada yük daşınması və logistika sahəsində diqqətlərin Azərbaycan ərazisindən keçən Transxəzər dəhlizinə yönləndiyi bu dövrlərdə “166 Logistika” xidmətinin 12 gün ərzində Çindən Bakıya dəmiryolu vasitəsi ilə sürətli daşınmanı reallaşdırması sərgidəki ziyarətçilər arasında ciddi marağa səbəb olub. Müxtəlif ölkələrdən olan iş adamları şirkətin xidmət keyfiyyəti, sürəti ilə tanış olmaqla yanaşı müxtəlif suallarına da cavab tapa biliblər.
Qeyd etmək istərdik ki, “166 Logistika” brendinin Çindəki nümayəndəsi Sərxan Xubanlı və komandası işlərin sürətli və peşəkar şəkildə idarə olunmasına nəzarət edir.
Sözügedən sərgidən video və foto görüntüləri təqdim edirik: