Kosova hökuməti ölkə ərazisində Serbiya dinarının istifadəsi üçün keçid dövrünün başa çatdığını və mayın 13-dən avro ilə əməliyyatlara tam keçidi elan edib.
Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənişin verilməsidir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.