Bu gün OPEC+ ölkələri nazirlərinin görüşü baş tutub.
Axar.az xəbər verir ki, bu abrədə TASS mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, nazirlərin bir qismi Ər-Riyadda toplaşıb, bir qismi isə görüşə onlayn formatda qatılıb.
Görüş zamanı OPEC+ neft hasilatının azaldılması ilə bağlı könüllü öhdəliklərini 2024-cü ilin üçüncü rübünə qədər uzadıb.