Rövnəq Abdullayevdən belə açıqlama gözləmirdik.
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Rövnəq Abdullayevin İcraiyyə Komitəsinin iclasında növbəti Hesabat-Seçki Konfransı zamanı prezidentliyə namizədliyini irəli sürməyəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
V.Sadıqov bildirib ki, milli assosiasiya rəhbəri iclasın sonunda bu qərarını onlara bildirib.
Vitse-prezident AFFA tərəfindən inşa olunan Gəncədəki Məşq Mərkəzi və Futbol Akademiyası barədə də danışıb. O, bunun Azərbaycan futboluna ciddi fayda verəcəyini düşünür:
“Belə akademiyalar nə qədər çox olsa, bütün bölgələri əhatə etsə, tezliklə istəyimizə nail ola bilərik. Məşqçilərə çalışmaq, futbolçulara inkişaf etmək üçün gözəl şərait yaradılıb. AFFA tərəfindən bu cür addımlar mütəmadi atılır. Daha əvvəl Tovuzda da akademiya istifadəyə verilmişdi. Belə akademiyaların ayrı-ayrı bölgələrdə olması ancaq Azərbaycan futbolunun xeyrinə işləyər”.
Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransı aprelin 2-də keçiriləcək.