Rusiyada keçirilən futbol üzrə dünya çempionatının final oyununda dövlət başçıları da daxil olmaqla bir çox xarici nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcək.
"Report" "Sport-Ekspress"ə istinadən xəbər verir ki, Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov mundialın finalında 11-12 dövlət başçısının iştirakının gözlənildiyini deyib: "Müxtəlif ölkənin başçıları, bir neçə nazir və digər yüksək vəzifəli nümayəndələr final matçında iştirak edəcək".
Rusiya prezidenti Vladimir Putinin final oyununda Xorvatiya və Fransa prezidentləri ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, DÇ-2018-in finalında Fransa və Xorvatiya yığmaları üz-üzə gələcəklər. İyulun 15-də keçiriləcək matç Bakı vaxtı ilə 19:00-da başlanacaq.