Fransa çempionatı oyununda futbol tarixinin ən qəribə hadisələrindən biri baş verib.
Report xəbər verir ki, insident "Anjer" - "Lion" matçı zamanı qeydə alınıb.
Oyunun 50-ci dəqiqəsində 3:1 hesabı ilə irəlidə olan "Lion"un futbolçusu Marselo cərimə meydançası yaxınlığında rəqibə qarşı kobudluğa görə sarı vərəqə görüb. O, hakimin qərarı ilə razılaşmayıb və əl yelləyərək cərimə meydançasına doğru gedib. Bu zaman futbolçunun əli təsadüfən hakimin tutduğu sarı vərəqəyə dəyərək onu yerə salıb.
Marselo hadisənin tam təsadüf nəticəsində baş verdiyini izah etməyə çalışsa da, hakim buna məhəl qoymayıb və ona qırmızı vərəqə göstərərək meydandan qovub.
Matç 3:3 hesabı ilə yekunlaşıb.