Türkiyə millisinin keçmiş üzvü Ömər Çatkıç FETÖ terror təşkilatına üzv olmaq ittihamı ilə həbs edilib.
“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Çatkıçın 21 yanvar 2014-cü ildə FETÖ-nün hesabına 1 milyon dollar ödədiyi bildirilir.
Bundan başqa, onun 1 sentyabr 2014-cü ildən FETÖ-nün şifrəli mesajlaşma proqramı “ByLock”u istifadə etdiyi üzə çıxıb.
Keçmiş futbolçunun 15 il müddətinə həbs edilməs tələb edilib.