Türkiyə millisinin və Dortmund “Borussiya”sının gənc üzvü Əmrə Mor özünə yeni klub tapıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu İspaniyanın “Selta Viqo” komandası ilə razılığa gəlib.
İspaniya klubu almanlara transfer üçün 13 milyon avro ödəyəcək. Futbolçunun özü isə ildə 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Türkiyənin “Fənərbaxça” klubuda Emrenin transferində maraqlı idi.