İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasında düşdükləri qrupu dəyərləndirib.
Report-un məlumatına görə, 48 yaşlı mütəxəssis İngiltərənin "Çelsi" və İspaniyanın "Atletiko" komandaları kimi önəmli rəqiblərlə qarşılaşacaqlarını bildirib.
Bununla yanaşı, Di Françesko "Qarabağ"ı kənarda saxlamağı düzgün saymayıb: "Bu komandanı da qiymətləndirməmək olmaz. Hər zaman bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Biz qrup mərhələsinə tam hazırıq".