2015-ci ildə 17 yaşlı futbolçular arasında ölkəmizdə keçirilən Avropa Çempionatında millimizin heyətində çıxış edən Barış Ekincierin yeni klubu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, 18 yaşlı futbolçu Almaniyanın "Bohum" klubuna keçib. Son mövsümü "Essen"in heyətində keçirən hücumçu "Bohum"un U-19 komandası ilə 1 illik müqavilə imzalayıb.
Məlumatı saytımıza açıqlamasında futbolçunun əmisi Tekin Ekincier də təsdiqləyib.
Qeyd edək ki, solaxay futbolçu Almaniyanın "Essen" klubunda çıxış edirdi.