Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik.
APA-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə “Şerif”lə qarşılaşan ağdamlılar 2:1 hesablı qələbəyə seviniblər.
Moldovadakı oyundan sonra qısa açıqlama verən Qurbanov layiqli qələbə qazandıqlarını vurğulayıb: “Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandıq. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”.