Polşa millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski xeyriyyəçilyin qurbanı olub.
Bu barədə yerli “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, fırıldaqçılar göz xərçəngindən əziyyət çəkən bir uşağın müalicəsi internet vasitəsi ilə elan yayıblar. Və xəstənin ABŞ-da müalicəsinin mümkün olduğunu qeyd ediblər. Futbolçu da xeyriyyə məqsədi ilə 23,5 min avro ödəyib. Lakin sonradan məlum olub ki, bütün bunlar fırıldaqçıların qurduğu oyun olub.
Fırıldaqçılar isə ölkədən qaça bildikləri bildirilir.