“Qafqazinfo” xəbər verir ki, Böyük Kolatan kəndində yaşayan 2004-cü il təvəllüdlü Sənan Kənan oğlu Muradov özünü gölə atıb.
Belə ki, gecə saatlarında kəndin yaxınlığındakı “Böyük Kolatan-5” sututarına gələn 20 yaşlı oğlan özünü suya ataraq həyatına son qoyub.
Onun meyiti səhər saat 06:50 radələrində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.