Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə NZS yaşayış massivində qeydə alınıb.
1967-ci il təvəllüdlü Məhərrəmov Mirkazım Bəşir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.