Ötən il dekabrın 31-də Xətai rayonu 8 Noyabr prospektində 12 yaşlı Əli Nuruşovun ölümü ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Əli Nuruşov 59 saylı məktəbin 6-cı sinif şagirdi olub. Dekabrın 30-da saat 23 radələrində anası yuxuya gedəndən sonra Əli və bacıları KFC-dən yemək sifariş etmək qərarına gəliblər. Onlar analarının mobil telefonunda proqrama daxil olaraq restoranlar şəbəkəsinin Həzi Aslanov filialından yemək sifariş ediblər və təyinat nöqtəsini qeyd edib sifarişi başa çatdırıblar. 31 dekabr 2021-ci il tarixdə saat 00:16 dəqiqədə kuryer zəng edərək onların sifariş etdiyi yeməyi yaşadıqları binanın qarşısındakı avtobus dayanacağına gətirdiyini bildirib. Bacıları Əlini yeməyi götürmək üçün binanın qarşısına göndəriblər. Əlinin qayıtmadığını görən bacıları daha sonra narahatlıq keçirərək evlərinin yaxınlığında olan "Günəş" marketə gediblər. Bir az sonra isə Əlinin 8 Noyabr prospektini keçərkən C.Salmanovun idarə etdiyi "Kia Rio" markalı avtomobillə vurulması və hadisə yerində vəfat etməsi məlum olub.

Məhkəmədə ifadə verən sürücü, 2000-ci il təvəllüdlü C.Salmanov gecə 8 Noyabr prospekti ilə hərəkətdə olarkən qarşısındakı avtomobilin önündən qaçan uşağın qəfil onun maşınının önünə çıxdığını və məsafə çox az olduğu üçün qəzadan yayına bilmədiyini bildirib.

Ekspertiza rəyinə əsasən məlum olub ki, hadisə vaxtı taksi fəaliyyəti ilə məşğul olan avtomobil saatda 70 kilometr sürətlə hərəkətdə olub. Sürücü dərhal maşını saxlayaraq təcili tibbi yardım çağırıb və Əliyə kömək etməyə çalışıb.

Məhkəmədə vəfat edən uşağın valideyni qəzanı törədən sürücünü bağışladıqlarını, ondan şikayətçi olmadıqlarını bildirib.

Xətai Rayon Məhkəməsi sürücünü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - etiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. Onun 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.

13 May 2025 Fəhlənin sinəsinə armatur batdı
06 May 2025 Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
14 Aprel 2025 Qumar oyunları təşkil edən şəxs sərbəst buraxıldı
24 Mart 2025 Duracaqda 22 maşın külə döndü - Video
19 Mart 2025 Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi
08 Mart 2025 Çərşənbə tonqalında yanan azyaşlı öldü
08 Mart 2025 Psixoloji problemi olan şəxs dərmandan zəhərlənib öldü
18 Fevral 2025 Bank kartlarından oğurluq edən şəxs saxlanıldı
17 Fevral 2025 Nazirlik əməkdaşı özünü güllələdi
12 Fevral 2025 Kişi təmizlik edərkən yuyucu tozdan zəhərlənib öldü
11 Fevral 2025 Dörd qadın futbolçunu ildırım vurdu
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə