Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.
Minik avtomobilinin aşması nəticəsində, 1991-ci il təvəllüdlü Murad Əsgərov və onun atası Akif Əsgərov xəsarət alıb.
Hər ikisi xəstəxanaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.