Gəncə şəhərində fərdi evdə partlayış baş verib.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Əlişir Nəvai küçəsində qeydə alınıb.
Partlayış nəticəsində evin müəyyən hissəsi uçub, bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.