Paytaxtın Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Milli.Az bildirir ki, yol qəzası M.Şahbazov küçəsində qeydı alınıb.
1963-cü il təvəllüdlü Qaraşova Yeganə Musa qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı aqonal vəziyyətdə özəl klinikalardan birinə yerləşdiriıib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.