Son xəbərlər

 

Sabirabad rayonunda 14 yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1991-ci il təvəllüdlü Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Milli.Az Teleqaraf.com-a istinadən bildirir ki, Rasim Məmmədov 20 yanvar 2020-ci il tarixdə yaşadığı Sabirabad rayonu Beşdəli kəndindəki evinə qonaq gəlmiş qohumu, 2006-cı il təvəllüdlü Səbinə Əhmədova (ad və soyad şərti verilib - red.) ilə yaşadığı evin yataq otağında cinsi əlaqədə olub.

Azyaşlı qızın bakirəliyi pozulandan sonra Rasim Məmmədovun onunla evlənməsinə şərait yaradılıb.

Bu səbəbdən Səbinə Əhmədova fevralın 1-də Rasim Məmmədovun yaşadığı evə gətirilib.

Rasim Məmmədov 14 yaşlı qızla fevralın 27-dək olan müddətdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.

Bu müddət ərzində Rasim Məmmədov dəfələrlə 14 yaşına çatmayan qızla cinsi əlaqədə olub.

Bu barədə fakt hüquq-mühafizə orqanlarına çatandan sonra əməliyyat tədbiri görülüb. Rasim Məmmədov həbs olunub.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Səbinə Əhmədovanı sevir: "Səbinə də məni sevir. Biz həmişə birlikdə olacağıq".

Zərərçəkmiş Səbinə Əhmədova da təqsirləndirilən şəxsin ifadəsinə uyğun danışıb. O qeyd edib ki, Rasim Məmmədova qarşı heç bir tələbi yoxdur.

Sabirabad rayon Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rasim Məmmədovun vəkili apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Rasim Məmmədovun vəkilinin şikayəti təmin olunmayıb.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü