Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az-a məlumata görə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Habil Səlimov rayon ərazisində saxlanılıb. Onun üzərində keçirilən şəxsi axtarış zamanı sellofan torbalarda çəkisi 650 qramdan çox narkotik vasitə olan heroin və 440 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq qrupunda H.Səlimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.