Füzuli rayon Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Məmməd Əliyev 54 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Füzuli rayon Təhsil Şöbəsi məlumat yayıb.
Bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.
M.Əliyev müalicə aldığı İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.