Şirvan sakini intihar edib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, şəhər sakini, 1960-cı il təvəllüdlü Laləzar Əli qızı Dədəyeva yaşadığı evin həyətində yardımçı tikilidən özünü asaraq intihar edib.
Meyit mərhumun ailə üzvləri tərəfindən aşkar edilib.
Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.