![]() |
![]() |
Zaqatalada 55 yaşlı kişi təbiət hadisəsinin qurbanı olub.
“Qafqazinfo” “ARB Şəki”yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi ərazisində baş verib.
Kənd sakini İsa Bayramov səhər qoyunlarını otarmaq üçün yaxınlıqdakı sahəyə gedib. Bir neçə saat sonra qoyunların tək qayıtdığını görən oğlu, atasına zəng etsə də, cavab verən olmayıb. Həmin əraziyə getdikdə, sahənin ortasında atasının сansız bədəni ilə qarşılaşıb.
İsa Bayramov ildırım vurması nəticəsində dünyasını dəyişib.