Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Report xəbər verir ki, Rayon Polis Şöbəsinin Həzrə bölməsinin əməkdaşı, 36 yaşlı Həmidulla Müzafəddin oğlu Qayıtmazov öz həmkəndlisi tərəfindən bıçaqlanıb.
Yaralı saat 23:30 radələrində qarın boşluğunda xəsarətlə xəstəxanaya aparılaraq əməliyyat olunub.
Qusar Rayon Prokurorluğunda faktın araşdırılmasına başlanıb.