Oğuz rayonunda qoyun otarmağa gedən kişinin meşəlik ərazidə meyiti tapılıb.
Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, rayonun Sincan kəndində dünyasını dəyişən 1973-cü il təvəllüdlü Anar Məmmədyarov bir müddət əvvəl ürəyindən əməliyyat keçirib.
Bildirilir ki, onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Anar Məmmədyarovun üzərində hər hansı zorakılıq əlamələtləri aşkar edilməyib.
Qeyd edək ki, iyunun 3-də, səhər saatlarında Anar Məmmədyarov qoyunları otarmaq üçün kənddən aralı meşəlik əraziyə gedib. Axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görən kənd sakinləri Anar Məmmədyarovu axtarmağa başlayıblar.
Lakin onu ərazidə vəfat etməsini aşkar ediblər.
Hazırda hüquq-mühafizə orqanlarında baş verən hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.
Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduqlarına görə “Saxla” işarəsi verilən 36 BK 066, 36 BM 066 və 99 XT 941 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobillərinin sürücüləri - Biləsuvar rayon sakinləri Qalib Ağayev, Elman Məmmədov və Pərvin Bayramov polisin qanuni tələbinə tabe olmayaraq, hərəkətlərini davam etdiriblər.