Son xəbərlər

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 50 yaşlı Zəhra Elesli evinin damında xüsusi aparatla tomat pastası hazırlayırmış. Zəhra yanından keçən kabelə toxunduqda elektrik cərəyanı onu vurub və huşunu itirib.

Qadının 15 yaşlı qızı Xatun Elesli anasını xilas etməyə çalışsa da, onu da elektrik cərəyanı vurub.

Qeyd olunub ki, Zəhra və Xatun Akçakale Dövlət Xəstəxanasına aparılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.

Axar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, gələn həftə keçiriləcək səsvermə ilə Ukraynada hərbi vəziyyət yenidən 90 gün müddətinə uzadılacaq:

"Yaxın günlərdə prezident parlamentə hərbi vəziyyətin müddətinin uzadılması barədə və ümumi səfərbərliyin müddətinin uzadılması barədə olmaqla, iki sənəd təqdim edəcək".

Qeyd edək ki, Ukraynada hələlik hərbi vəziyyət 11 avqustadək qüvvədədir.