Milli.Az publika.az-a istinadən xəbər verir ki, 50 yaşlı Zəhra Elesli evinin damında xüsusi aparatla tomat pastası hazırlayırmış. Zəhra yanından keçən kabelə toxunduqda elektrik cərəyanı onu vurub və huşunu itirib.
Qadının 15 yaşlı qızı Xatun Elesli anasını xilas etməyə çalışsa da, onu da elektrik cərəyanı vurub.
Qeyd olunub ki, Zəhra və Xatun Akçakale Dövlət Xəstəxanasına aparılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.