Modern Group tərkibinə daxil olan və tibb sahəsində mühim işlər görən Medicenter MMC və Modern Hospital MMC olaraq, sentyabrın 27-sindən başlayan vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə “8 noyabr”ı tarixin səhifələrinə şanlı hərflərlə “Qələbə Günü” kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik!

 

2-ci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər , həm vətəndaşlar, uşaqdan böyüyə hərkəs həmrəylik göstərərək ön cəbhəyə fiziki, maddi dəstək olmağa çalışmışlardır. Bu sahədə “Medicenter” və “Modern Hospital” da ordumuza dəstək məqsədli bir sıra işlər görüblər.

2018-ci ildən travmatoloji sahədə fəaliyyət göstərən ABŞ-ın Zimmer Biomet, Polşyanın ChM firmalarının ölkəmizdəki rəsmi eksklyuziv təmsilçisi olan “Medicenter” müharibə dövründə cəbhə bölgəsinə yollanan 10-dan çox həkim-travmatoloqlara tibbi təyinatlı malları (travmatoloji alət-avadanlıqları, sərfiyyatları, “İlizarov” aparatları və s. ) tam təmannasız olaraq ianə etmişdir. Vətən Müharibəsinin ilk günündən başlayaraq yaralı əsgərlərimiz, zabitlərimiz üçün əməliyyatların keçirilməsi məqsədi ilə travmatoloji sərfiyatlar cəbhəyə yaxın xəstəxanalara göndərilib, bu günə kimi 20 000 AZN məbləğində olan travmatoloji sərfiyyatlar istifadə edilmişdir. “Medicenter”in kollektivi istər cəbhə bölgəsində, istərsə də Bakıda fəaliyyət göstərən həkim-travmatoloqlara lazımi köməyi təmin etmək üçün səfərbər olmuşdur.

 

2008-ci ildən fəaliyyət göstərən və hər il on minlərlə pasiyentin etibarını qazanmış “Modern Hospital” da müharibə dövründə fəal iştirak etmişdir. Həm cəbhə bölgəsində aktiv hərbçi kimi əlində silah düşmənlə vuruşaraq, həm də cəbhədə vətənə xidmət edənlərin sağlamlıqlarının keşiyində duran 27 nəfərlik tibbi briqada fəaliyyət göstərmişdir. Əlavə olaraq, yaralı əsgər və zabitlərimizin əməliyyatında, müalicəsində istifadə üçün 30 000 AZN-lik tibbi ləvazimatlarla təmənnasız şəkildə ordumuza dəstək olmuşdur. Həmçinin, müalicələrinin daha əlverişli və təminatlı şəraitdə davam etdirilməsi məqsədilə cəbhədə yaralanmış əsgərlərimizdən bəziləri Modern Hospitala təxliyə olunmuşlardır. 2 ay müddətində 14-ü stasionar, 20-si ambulator olmaqla ümumilikdə 34 hərbçimizin müalicəsi tam təmənnasız şəkildə yerinə yetirilmişdir.

Vətənə xidməti özünə şərəf bilənlərə xidmət göstərmək, bizlər üçün ən böyük qürur mənbəyidir!

QARABAĞ AZƏRBAYCANDIR !!!

13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi