İndiki şəraitdə Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin konkret gündəliyinin olması şərtdir.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Ermənistan xeyli vaxtdır bu istiqamətdə açıq-aydın pozucu fəlaiyyət aparır:

“Ermənistan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan boyun qaçırır. İrəvan vaxt udmaqla Dağlıq Qarabağ məsələsinin əsas predmetlərini ikinci və üçüncü dərəcəli məsələlərlə əvəz etməyə çalışır. Rusiya, Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin Moskva görüşü ondan xəbər verir ki, artıq rəsmi Bakının xəbərdarlıqları ünvanına çatıb. Rusiya da anlayır ki, Azərbaycan daxildəki proseslərini həll etmək üçün Ermənistana kifayət qədər zaman verdi. Əgər İrəvan bundan sui-istifadə edəcəksə, onda döyüş meydanında vəziyyət həddindən artıq mürəkkəbləşəcək. Bunun alternativi yoxdur. Düzdür, Ermənistana verilən möhlət bir qədər uzadılıb, ancaq digər yandan da hərbi nazirlərin görüşündə əldə olunmuş razılıqlar əsasında danışıqlar davam etdiriləcək. Rəsmi diplomatiya çalışacaq ki, xarici işlər nazirləri bir araya gəlsin və danışıqlar ünvanlı xarakter daşısın. Yəni gündəliyin həlledici müddəaları ilə bağlı hansısa razılıqlar əldə edilməlidir ki, prezidentlərin də görüşü baş tutsun. Əgər görüşlər varsa, onda konkret gündəlik də olmalı, siyasi danışıqlarda əsas prinsip və qərarlar müzakirə edilməlidir. Bu olacaqsa, demək, siyasi iş və diplomatik fəaliyyət ünvanlı xarakter daşıyacaq”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu il Rusiya və Azərbaycan prezidentlərinin bir neçə görüşünün olacağını bildirib. Ən yaxın görüşün Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində iyunun 8-9-da Astanada baş tutacağını qeyd edən Karasin eyni zamanda, liderlərin söhbət aparmaq üçün gözəl imkanının olduğunu da diqqətə çatdırıb.

04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim