Paytaxtımızda fəaliyyət göstərən qocaman təhsil ocaqlarından biri , Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdir. Məktəb 1959- cu ildən fəaliyyət göstərir. Keçmiş SSRİ Maarif Nazirliyinin əmri ilə İngilis dili dərindən öyrədilən orta ümumtəhsil məktəbi kimi fəaliyyətə başlamışdır.
Hal - hazırda tam orta məktəb adlanır. Məktəbə təcrübəli pedaqoq Cəmilə xanım Ramazanova rəhbərlik edir.
Günümüzün reallığı ilə ayaqlaşan məktəb Azərbaycan təhsilində öz sözümü deməyə çalışır. Bunu əməlləri işdə sübut edir. Belə ki , məktəb 2008-ci ildən Beynəlxalq layihəyə qoşulmuşdur. “İngilis dilinin intensiv tədrisi” layihəsinə əsasən ingilis dili dərsləri Kembric proqramına uyğun tədris olunur.
Məktəbin uğurları saysız- hesabsızdır. Bunlaradan biri məktəbin iki dəfə 2007/2008-ci və 2012/2013-cü dərs ilində keçirilmiş “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır.
Məktəb yüksək ixtisaslı , pedoqoji kontingentə malikdir. Məktəbdə gənc nəslin təlim – tərbiyəsi ilə 121 müəllim məşğul olur . 3 nəfər müəllim Azərbaycan Respublikasının “Əməkdar Müəllimi” fəxri adını daşıyır.
Məktəbin binası iki korpusdan ibarətdir. Birinci korpusu 4 mərtəbəli, ikinci korpus 3 mərtəbədən ibarətdir. Birinci korpus 960, ikinci korpus isə 380 nəfər şagirdin təhsil alması üçün planlaşdırılmışdır.
Məktəb, 2012-ci ilin yayında Dövlət Proqramı əsasında əsaslı təmir edilmişdir. Məktəb zəngin maddi – texniki bazaya malikdir. Müasir standartlara cavab verən fənn kabinetləri , zəngin kitabxana , internetə maneəsiz çıxış burada yüksək səviyyədə tədrisə imkanlar açır.
Dövlət proqramına uyğun olaraq məktəbdə fənlərin tədrisi innovasiyalar , yeni təlim texnologiya və fəal ( interaktiv ) təlim metodları ilə aparılır. Bu məqsədlə müəllimlər mütəmadi olaraq ixtisasartırma kurslarından və treninqlərdən keçirlər.
Bu qabaqcıl məktəbin yetirmələri bilik yarışmalarında . olimpiadalarda ,idman arenalarda yüksək nəticələrə imza atırlar.
Məktəbdə ən təqdirəlayiq hadisələrdən biri də mütəmadi olaraq müxtəlif tədbirlərin keçirilməsidi . Bütün əlamətdar günlər - anım tədbirləri , bayram tədbirləri rəhbərliyin birbaşa göstərişi və iştirakı ilə yüksək səviyyədə qeyd edilir. O cümlədən ingilis dilinin mükəmməl mənimsənilməsi üçün silsilə tədbirlər həyata keçirilir.
Göründüyü kimi 27 saylı məktəbdə bütün əməli fəaliyyət gələcəyimiz üçün savadlı , dünyagörüşlü əsl vətəndaş yetişdirlməyə yönəlib.
Uğurlar olsun !