Aprel ayının 22-də Qərb zonamızda yerləşən qocaman təhsil ocağı Azərbaycan Dövlət Aqrar Universitetində növbəti əlamətdar hadisə qeyd olundu. Universitetin yeni tədris korpusu tələbələrin və pedoqoji kollektivin ixtiyarına verildi. Gələn qonaqlar və tədbir iştirakçıları universitetin rəhbər heyəti, başda AMEA-nın müxbir  üzvü , professor , universitetin rektoru İbrahim Cəfərov tərəfindən yüksək səviyyədə qarşılandı.

Öncə nəzərə çatdırmaq istərdim ki , 8 fakültə , 30 ixtisas ,6000 mindən çox tələbənin təhsil aldığı , iki diplom almaq imkanı , tələbə təqaüdü , yüksək standartlara cavab verən tələbə yataxanası və burada  təhsil alan gənclərə bir çox  geniş imkanlar tanıdan bu möhtəşəm təhsil ocağı , həqiqətən də , respublikamızda yeğanədir .Həmçinin dünyanın bir sıra inkişaf etmiş ,unikal təhsil mərkəzləri , universitetləri ilə rəqabət aparmağa qadirdir.

Universitetin yeni korpusunda 80 və 120 nəfərlik imtahan otaqları , innovasiya mərkəzi , Patoloji Anatomiya Muzeyi , bitki mühafizə laboratoriyası ,tələbə parkı , traktor parkı, stamatoloji kabinet , gözəllik salonu ,valideynlərlə görüş üçün nəzərdə tutulmuş ayrıca otaqlar, tələbə kitabxanası , akt zalı, çamaşırxana , fitnes zalı ,dəftərxana ləvazimatları mağazası , yeməkxana və daha nələr , nələr....

Bütün bunlar yüksək səviyyədə təhsil alıb ,  peşəkar kadr  olmaq, asüdə vaxtları isə bir gənc kimi səmərəli keçirmək üçün yaradılan ən müstəsna şəraitdir.

  Universiteti gəzib hərtərəfli tanış olduqca fərəh hissi keçirməmək , verilən əməyə , görülən mütərəqqi işlərə əhsən deməmək mümkün deyildir.Hələ rəhbərliyin , xüsusən İbrahim müəllimin tələbələrlə münasibəti , ünsiyyəti , onların problemləri ilə  yaxından maraqlanması , onlara göstərdiyi qayğıkeş bir ata , valideyn münasibəti sözlə ifadə ediləsi deyil , gözlə görüləsidir.

    Bütün bunlar , sözü gedən gözəlliklər , elmə , təhsilə yönəlik hərtərəfli şərait hər zaman qurub – yaradan , bütün ömrünü , həyatının qayəsini elmə , təhsilə sərf edən İbrahim müəllimin əzmkar zəhmətinin ,sonsuz əməyinin nəticəsidir. Qəlbi sonsuz sevgi ilə doludur , İbrahim müəllimin.   Elmə, təhsilə , işə, sevimli tələbələrinə , həmkarlarına , xalqına , vətəninə ,bütün ətraf aləmə , ən başlıcası  Yaradana sevgi ! Məhz bu səbəbdən bu qədər alicənab , bu qədər ləyaqətli . bu qədər şərəfli bir ömür yaşayır , İbrahim müəllim . Əsl şəxsiyyət ömrü, əsl insan ömrü , xalq yolunda işıq saçan ziyalı ömrü. Ömrünüz uzun olsun , İbrahim müəllim ! Siz elmimizə , təhsilimizə , gəncliyimizə , gələcəyimizə , xalqımıza lazim olan nadir insanlardansınız. Tanrım Sizi qorusun !

    P.S. Bəzi mətbu orqanlarda İbrahim müəllim , onun rəhbərlik etdiyi təhsil ocağı haqqında yalan – yalnış yazılar yer alır. ( əgər bunlara yazı demək mümkünsə) Görülən bu qədər işləri  , belə bir fəaliyyəti , inkişafı görməmək kor olmaqdan başqa bir şey deyildir. Lakin bu gözün korluğu deyil , qəlbin  korluğudur, mənəviyyatın korluğudur. Allah sizi islah eləsin.

Müşfiq Kişiyev.


b_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_10000007776.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_10000066.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_1000022.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_1000033.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_1000044.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_1000055.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_1000077.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_1000009878789.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_10000978u877yt54er.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_100089u87676trt.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_100011.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_110000978u67y.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_100089u87676trt.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_10mart2022_10009898.jpg


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Ardını oxu...