![]() |
![]() |
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə 2022-ci il üzrə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik ünvanlayıb.
Rusiya ordusu hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə, başqa sözlə, 2603 yaşayış məntəqəsinə nəzarət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb.
Əngəlli uşaqların rəsm əsərlərinin nümayiş etdirildiyi xeyriyyə sərgisi keçirilib.
Türkmənistan TRACECA-ya qoşulmaqda maraqlıdır.
Ukrayna hər gün 60-100 əsgərini itirir.
Ukrayna Silahlı Qüvvələri iki istiqamətdə əks-hücuma keçib.
Moskva birjasında bu gün dollar 61,5 rubla qədər ucuzlaşıb.
Şikayətçi Faktinfo.az saytına müraciət edərək bildirir ki, "Azəriqaz" İB baş direktoru Ruslan Əliyevə ona yaradılmış problem səbəbindən müraciət etsə də, heç bir faydası olmayıb.
Şikayətçi qeyd edir ki, 4 ay vaxt itirib təsdiqlətdiyi texniki şərt imkan verirdi ki, ərazidə qaz xətti işi aparan Tovuz Qaz Təmir-Bərpa idarəsi ona obyekt tikmək üçün giriş versin.
Vüqar İsmayılov: "İdarənin rəisi əvvəl təsdiqlətdiyim sənədlərimə əsasən, obyekt tikintisini aparmaq üçün giriş veriləcəyini bildirdi, sonra isə bundan imtina etdi. Əsaslandırması o oldu ki, qaz xətti çəkdiyi ərazidən uzaqlaşıb, geriyə qayıdıb iş görməsi mümkün deyil".
Şikayətçi: "Bundan sonra Dövlət Neft Şirkətinə (SOCAR) şikayət məktubu ilə müraciət etdim. Aidiyyatı üzrə göndərilən məktubuma Şəmkir Regional Qazİstismarı İdarəsinin əməkdaşı Etibar müəllim əraziyə gəlməklə baxdı. O, isə təsdiqlətdirdiyim layihənin yenidən çəkdirilməsini tələb etdi.Süründürməçiliyə əsas olmadığını bildirdikdə isə "hara şikayət edirsən et,həkimdən qalan artığımımı kəsəcəklər”, ifadəsini işlətdi.
Bundan sonra Vüqar İsmayılov Respublika Prokurorluğuna, Milli Məclisin sədrinə və digər dövlət orqanlarına müraciət edib. Hazırda gözləmə mövqeyində olan Vüqar İsmayılov hesab edir ki, ona tikinti aparmaq üçün qaz xətti keçən ərazidən giriş verilmir.
Qeyd: Sayta göndərilən şikayət məktubunda bir sıra nüansları nəzərə alıb mövzuya qayıdacağıq.