![]() |
![]() |
İran və Rusiya dolları ölkələr arasında ticarət əməliyyatlarından çıxarıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə telefon danışığında birinci Ermənistan-Azərbaycan müharibəsindən 3 890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirib.
Hər arzunun bir ünvanı var. Mənim ən böyük arzularımın ünvanı isə şəhidlərimdir. Bir şəhidin yaşadığı evi görmək, bir şəhidin məzarını ziyarət etmək mənim yaşaya biləcəyim ən ali duyğulardı. Çünki həmin ünvanlarda ruhumun şəhid ruhuna daha yaxın olduğunu hiss edirəm. Hiss edirəm ki, şəhidlərim məni duyur.
Qəhrəmanlar oylağı, şəhid qoxulu Naxçıvan torpağına qədəm qoyduğum ilk anda sanki məni şəhidlərimin ruhlarının qarşıladığını hiss etdim. Şəhidlərimin doğmalarını gördüyüm an mənə “Qızım” , “Bacım” deyən şəhid ailələrinin məni bir ailə üzvləri kimi doğma bildiklərinə bir daha şahid oldum. Bu doğmalıq mənim üçün dəyərlərin ən gözəli, ən ucası, ən bənzərsizidir. Axı bu qəlblərin sevgisini qazanmaq asan deyil. Özüm özümə bu sualı verdim – mən bu sevgini, hörməti görəcək nə etdim? Axı mən hələ şəhid adına atdığım addımların az olduğunu düşünürəm. Hələ yolun başında olduğum halda bu qədər sevgi selinə ruhumla qərq oldum.
Naxçıvana çatdığım ilk andan son ana qədər şəhid ailələri bir an belə yalnız hiss etdirmədilər. Gecə gec saatlarda Naxçıvana çatmağıma baxmayaraq qarşılaşdığım mənzərə məni çox duyğulandırdı. Hava limanına endiyim an Bağır Ələkbərovun atası Əsəd əmini gördüyümdə təəccübümü və duyğularımı gizlədə bilmədim. Sən demə bu hələ başlanğıc imiş. Tağı Abdullazadənin Nuranəsinin jestinin qarşısında isə donub qalmamaq mümkün deyildi. Toğrul Məmmədovun qardaşı Üzeyirlə nə zamansa Naxçıvanda hava limanında qarşılaşacağım, hətta üç gün evinin qonağı olacağım həmin o ana qədər yalnız xəyal və arzu ola bilərdi. Naxçıvanla bağlı bütün xəyallarımın üzərinə o gecə nur düşdü.
Emin Sadiqovun anası Gülşad ananın dəvəti ilə getdiyim Naxçıvanda ilk ziyarət etdiyim məzar Eminin məzarı oldu. Eminin mövludu günü onun adına tikilən “Mərasim evinin” açılışına dəvət alanlar sırasında olmaq mənim üçün qürurverici hiss idi. Gülşad anaya sarıldığım an Eminin bizi gördüyünü hiss etdim. Hər şəhid doğması doğma bir insanını gördüyü kimi sevindi. O gözlərdən o sevinci duymaq mənim üçün ən böyük xoşbəxtlik idi.
Naxçıvanda keçən üç gün unudulmaz xatirələrlə yaddaşıma iz saldı. Hər şəhid məzarına, şəhid ailəsinə ən doğmama qovuşurmuşam kimi sarıldım. Bəzən şəhid məzarları önündə ürəyimin taqəti tükənsə də özümdə güc tapıb ziyarətlərimə davam etdim. Mənim üçün asan deyildi o qədər şəhid qardaşımı məzarda görmək. Ziyarətlər zamanı şəhid ailələri məni tək qoymadılar. Üç gündə bir çox şəhidlərimi ziyarət edə bilsəm də edə bilmədiklərim də çox oldu. Sanki ürəyimi, ruhumu Naxçıvanda qoyub geri döndüm.
Mənə qəlbinin və evinin qapısını açan hər bir şəhid doğmasına təşəkkür edirəm. Yenidən görüşmək diləyi ilə…
Rusiya Prezidenti Vladimir Putin Rusiyanı çıxılmaz vəziyyətə salıb, yoxsulluğa məhkum etməklə yanaşı gələcəkdən də məhrum edib.
Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir.
Hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq.
Buzovnada dəniz sahilini zəbt edən hasarların və mülklərin sökülməsinə birbaşa Prezident İlham Əliyev göstəriş veribmiş.
Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir.
Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz.
Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.