Tanınmış şair Yafəs Türksəs ağır xəstəlikdən əzab çəkir.
Bu haqda Kult.az-a şairin özü məlumat verib.
“Artıq 5 ildən çoxdur ki, amansız xəstəliklə mübarizə aparıram. Dəfələrlə müayinə və müalicə olunsam da səhhətimdə yaxşılığa doğru heç nə dəyişməyib. Əksinə, özümü daha pis hiss edirəm. Hepatit C-nin müalicəsi mümkündür. Dərmanları İsraildən gətizdirmək olar. Lakin mənim buna vəsaitim çatmır. Qaçqınçılıq, evsizlik və işsizliklə birtəhər yollaşa bilsəm də, xəstəliyin qarşısında artıq tab gətirmirəm”, - o bildirib.
Yafəs Türksəs müalicəsi üçün ölkənin xeyrxah iş adamlarına müraciət edib:
“Bizim də yaşamağımız üçün xeyirxah adamlar tapılsa, yaxşı olar”.