Mətbuat günü ərəfəsində jurnalistlər üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi, 255 qələm və söz sahibinin mənzil alması və ya mənzil şəraitini yaxşılaşdırması, köhnə jurnalist kimi məni ürəkdən sevindirdi. Qələm əhli üçün yazılarını öz evində, öz işığı altında yazmaqdan, ailəsini öz peşəsiylə qazandığı halal guşəsində sevindirməkdən böyük rahatlıq və xoşbəxtlik yoxdur. Bu gözəl duyğunu yaşayan, yeni mənzil alan bütün jurnalistləri, həmkarlarımı, dostlarımı ürəkdən təbrik edir, “eviniz xeyirli-uğurlu olsun, bu mənzillərdə oğul evləndirib, qız köçürəsiniz, gözəl əsərlər yazasınız!”,- deyirəm.

Ardını oxu...


Tanınmış şairlərimizdən olan Afaq Şıxlı uzun müddətdir ki, Rusiyanın paytaxtında yaşayıb yaradır. Afaq Şıxlı bu günlərdə ürək ağrıları ilə bağlı səhhətində yaranan problemə görə Moskva şəhər xəstəxanalarından birinə yerləşdirilib.

Ardını oxu...