Kult.az-n “Xatirə dəftəri” layihəsinin bu dəfəki qonağı xalq şairi Söhrab Tahirin oğlu Tahir Tahirlidir.

 

- Tahir müəllim, atanızla bağlı xatirələr sizin üçün əziyyət deyil ki?

- Mənim üçün o, əbədi olaraq yaşayır. Düşünmürəm ki, şair bu dünyadan köçüb, fikitləşirəm ki, o, yenə də mənimlədi. Hər atdığım atdımımda “atam bu işə görən nə deyərdi” deyə, götür-qoy edirəm.

Əlbəttə, fiziki olaraq atamı itirmişəm və bu, mənə çox ağırdır. Baxmayaraq ki, şairin 90 yaşı var idi, amma çox pozitiv, uzaqgörən, realist idi, hər xırda məsələnin həllini dərindən düşünərək çözürdü...

- Oğlu kimi sizin baxışınız maraqlıdır: Söhrab Tahir kim idi?

- Həyatı boyu sirlərlə dolu xəzinə... Bu gün də o sirləri açmaq qeyri- mümkündür.

Fədakar şair, inqilabçı, İranda Azərbaycan cümhuriyyətini yaradanlardan biri, SSRİ dövründə demokrat kimi təqiblərinə məruz qalan, komitə rəhbəri, yüksək vəzifələri tutmuş şəxs... Şairin bizdən də gizlətdiyi bir çox sirlər. Atam bizim rahat yaşamağımız üçün o sirləri özü ilə apardı.

Bir hadisə danışım: təxminən 6 yaşım olardı. 1985-ci ilin qış ayları idi. Atam məni gəzintiyə çıxartmışdı, Sovet dövründə “Dağüstü park” adlanan indiki Şəhidlər Xiyabanı ərazisində gəzirdik. Bu zaman bizə bir kişi yaxınlaşdı. Onun əynində tünd plaş, başında şlyapa, əlində isə qara portfel var idi. Ucaboy, saçı arxaya daranmış zəhimli birisi idi. O atamala görüşdü, söhbət elədi, söhbətin sonunda mənim yanağımdan tutaraq atamdan soruşdu:

- Bu cavan oğıan kimdi?

- Qonşunun uşağıdır, - atam cavab verdi...

Beləliklə, bu məsələ mənim yaddaşıma həkk olaraq qaldı... Elə bir gün olmadı ki, mən bu məsələ barədə düşünməyim. Amma cürət edərək heç vaxt atama bu barədə sual verə bilməmişdim.

İllər keçdi, atamın həyatının son həftələrinin birində cəsarətlənib, sual verdim ki, yadına gəlir filan vaxtı, filan yerdə belə bir adamla görüşəndə sən məni o adama belə təqdim etmişdin? Qeyd edim ki, atanın son nəfəsinə kimi hafizəsi pozulmamışdı. Atam dedi ki, bala, səni qorumaq üçün elə dedim, o zamanlar bizim üçün çox ağır idi...

Bu cavab mənə psixoloji rahatlıq gətirdi. Əslində, şübhə etmirdim belə olduğuna, amma onun öz ağzından bu sözləri eşidmək mənim üçün çox vacib idi.

- Söhrab Tahir otaylı-butaylı Azərbaycanda, həm də Azərbaycanın tarixi-mənəvi sərhədlərində çox tanınan şair idi. Ata olaraq kim idi Söhrab Tahir?

- Hamı atamı mülayim, gülərüz, problemsiz bir adam kimi tanıyırdı. Amma ata kimi… O, çox tələbkar, ailə üzvlərinin ona qarşı diqqətli olmasını sevən, qonaqpərvər, əl tutan, tanışlara və dostlara maddi və mənəvi kömək edən olub... Ümumiyyətlə isə şəxsən mənə qarşı münasibəti çox sərt, həddən artıq ciddi olub. Bu münasibət mənim xarakterim və şəxsiyyətimi formalaşdırıb. Çox sevinirəm ki, ata mənə çətinlikləri onun kimi təkbaşına keçməyi, yüz ölçüb, bir biçməyi, hər şeyə o dəqiqə etibarla yanaşmamağı öyrədib.

- Ümumiyyətlə, Söhrab müəllimi daha çox ata kimi, yoxsa ictimai həyatda, cəmiyyətdə tanınan nüfuzlu şəxs kimi təqdim etməyə üstünlük verirsiz?

- Əlbətdə ki, Söhrab müəllim birinci növbədə xalqımızın şairi, ikinci növbədə isə ailə başçısı olduğundan mən onu həmişə bu qaydada təqdim eləmişəm. Amma özünə ikilikdə olanda “papa” deyərdim. Cəmiyyət icində isə həmişə “Söhrab müəllim” deyərək müraciət etmişəm!

- Sizin uşaqlıq, yeniyetməlik, gənclik dövrlərinizdə olan Söhrab Tahirlə son illərin Söhrab Tahiri arasında çoxmu fərq vardı?

- Demək olar ki, şair doğulduğu torpaqdan, anasından, qardaşlarından, atasından ayrı düşmüş olduğu 19 yaşın içində qalan bir gənc idi. Atamla yaş fərqimiz çox olduğundan, onun ancaq yaşlı dövrünü müşahidə eləmişəm... Amma yuxarıda qeyd etdiyim kimi, şair ana həsrəti ilə, ailə həsrəti ilə, bütöv Azərbaycan həsrəti ilə yaşayan 90 yaşlı fədakar gənc idi.

- Bu həsrəti, ağrını sizlərə sızdıra bilmişdimi?

- Şair Cənubi Azərbaycanda, Astara şəhərində anadan olub. Əlbəttə ki, şairin Vətən həsrətində olmağı bizlərə örnək olub: vətənpərvər olmağı, xalqımızı, dövlətimizi sevməyi öyrədib. Atanın mənə tövsiyyələri ancaq Azərbaycanı sevmək, ona sona qədər sədaqətlə xidmət etmək olub! Və mən Azərbaycanımı çox sevirəm. Vətəndən uzaq düşməyi, qürbətdə olmağı bacarmaram.

- Şair necə dost idi? Olmuşdumu ki, uzun illər dostluq etdiyi qələm adamlarımdan incisin, yaxud onun xətrinə dəysin?

- Ata çox sədaqətli və etibarlı idi. Məmməd Araz, Nəbi Xəzri, Cabir Novruz, Əli Tudə, Nüsrət Kəsəmənli, Rəsul Rza, Anar, Qabil, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı və s. tanınmış adamlarla yaxın dost idi. Yaşından çox balaca olan dostları da var idi, o gənc dostlar şairi bir ağsaqqal kimi sevir, hörmətini saxlayırdılar. Bir şeyi qeyd edim ki, şairə yaşından asılı olmayaraq, hamı “əmi” deyə müraciət edirdi.

- Ömrünün, yaradıcılığının bir çox məqamları SSRİ-nin “şəxsiyyətə pərəstiş” dövrünə düşüb. Nələr danışırdı, burulğanlara, siyasi təzyiqlərə düşmüşdümü? Maneləri necə dəf etmişdi?

- Hə, ömrünün və yaradıcılığının ən enerjili dövrü sovet hakimiyyətinə təsadüf etmişdi. Amma şair heç də qələmini “hürkütməzdi”. Şerlərində, romanlarında, poemalarında senzuranı aldatmaq üçün ikimənalı ifadələrdən, sətiraltı sözlərdən istifadə edərdi. Vətənpərvər, inqilabi ruhda yazdığı əsərlərdə bu daha çox karına gəlirdi. Çox əsərləri var ki, indi də oxucuların zövqünü oxşayır.

O dövrdə hər addımbaşı şairi izləyirdilər. Başına çox işlər gəlmişdi. Amma şairi də göydə Allah, yerdə isə Ulu öndər Heydər Əliyev hər zaman belə burulğanlardan qurtarardı. Mənə çox belə əhvalatlar danışıb.

- Yaradıcılığı, yazdığı əsərlərin araya-ərsəyə gəlməsi haqda nələr danışırdı?

- Şairin yaradıcılq təbi gələndə həftələrlə, aylara öz otağının qapısını bağlayırdı, bizə də tapşırırdı ki, kim gəlsə və ya kimsə zəng vursa, deyin ki, evdə yoxam. Hətta yemək belə yemirdi. Amma əsəri bitirəndən sonra çox yaxşı əhvalı olardı. Düzdü, arıqlayardı, fiziki zəiflik olardı, orqanizmində problemlər də yaşanardı, amma əhval-ruhiyəsi yüksək olardı. Onu da xüsusi qeyd etmək istəyirəm ki, şair ərəb əlifbasında yazardı. Onun son 20 ildə ilk oxucusu sözün əsl mənasında mən olmuşam. Ona görə ki, əsər bitən kimi mən əsəri oxuya-oxuya onu əlyazmadan kompüter yaddaşına latın qrafikası ilə köçürdərdim.

- Xatirələr sizi o günlərə aparır...

- O günlərdən ayrılıram ki! Kaş o günlər yenə də olaydı, o günlər qayıdaydı. Elə olurdu ki, biz ata ilə birgə əsəri oxuyaraq onun müzakirəsini edirdik, bir də onda ayılırdıq ki, saatlar, hətta sutka keçib... O qədər əsərə qapanırdıq ki, vaxt, zaman itirdi...

 
28 Oktyabr 2024 Şah İsmayılın portretinin orijinalı - Video
24 Oktyabr 2024 Sabir Rüstəmxanlı bu akademiyanın üzvü seçildi
11 Oktyabr 2024 Şeyx İbrahim Əmir Teymura “40-cı qul mənəm” deyibmi?
10 Oktyabr 2024 Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu
14 Sentyabr 2024 Anardan Elza Seyidcahanın qalmaqallı şeirinə reaksiya
26 İyul 2024 Şah İsmayıl barədə kitabın nəşrinə icazə verilmədi
25 İyul 2024 Pakayin Qarabağla bağlı kitab yazdı
21 İyun 2024 Sübhədək ulayan, şeir yaza bilməyən Şəhriyar...
15 İyun 2024 Hüseyn Kürdoğlunun 90 illik yubileyidir
08 İyun 2024 Nazirlikdə işdən buna görə çıxdım – Şərif Ağayar
06 İyun 2024 Səməd Vurğun özünü öldürmək üçün damarını kəsib – Səbəb
04 İyun 2024 Anasının sevgilisinə görə qaçaq düşən şair
18 May 2024 AYB sədri deputat olmağa hazırlaşır? - Açıqlama
03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
01 May 2024 Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir