![]() |
![]() |
Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zayed ən-Nəhyan arasınd Əbu-Dabidə görüş keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər Ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər.
Bildirilib ki, bu ölkənin vasitəçiliyi ilə artıq 12 əsir mübadiləsi həyata keçirilib. Ukrayna BƏƏ ilə birgə daha çox ukraynalının evə qayıtmasına nail olmağa ümid edir.
Zelenski qeyd edib ki, Rusiya ilə Şimali Koreya və İran arasında mövcud ittifaq bütün dünyaya, xüsusən də BƏƏ-yə birbaşa təhlükədir. Prezident Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.
Zelenski Ukrayna tərəfinin müharibənin başa çatdırılması, ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində etdiyi səyləri nəzərə çatdırıb.