Rusiya Ukrayna münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıqdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Biz həmçinin Ukrayna münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən vacib məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır ki, bu barədə dəfələrlə danışmışıq. Bu, ən vacib məsələdir", - dövlət başçısı bildirib.