Partiyamızın parlamentdəki deputatlarının Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyinə əminəm.
Axar.az xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Nə qədər ki, mən Slovakiya hökumətinin başçısıyam, siyasi nəzarətim altında olan parlament üzvlərini elə istiqamətləndirəcəyəm ki, onlar heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmasınlar”, - o bildirib.
Fitsonun fikrincə, Ukraynanın NATO-ya daxil olması Üçüncü Dünya müharibəsinin başlanğıcı olacaq.