İranın xarici işlər naziri Araqçının Beyruta səfəri SEPAH-ın Qüds qüvvələrinin generalı Qaaninin cəsədinin İrana qaytarılması məqsədi daşıyır.
Axar.az xəbər verir ki, bu barədə “Clash Report” bir çox regional təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Qeyd edək ki, İsrailin Beyruta hücumları zamanı SEPAH-ın Qüds briqadasının komandiri İsmayıl Qaaninin yaralandığı ilə bağlı məlumat yayılmışdı. Qüds briqadası generalın harada olması ilə bağlı heç bir açıqlama verməyib.