İsrail növbəti sərsəm əməliyyat keçirsə, İranın cavabı daha sərt olacaq.
Axar.az xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali “Rossiya 24” telekanalının efirində deyib.
O əlavə edib ki, Tehranın İsrail ərazisinə hücumu uğurlu olub.
Qeyd edək ki, İran oktyabrın 1-də İsrailə kütləvi raket zərbəsi endirib.