Dünyadakı vəziyyəti nəzərdən keçirəndə olduqca böyük miqyasda qarşıdurma, düşmənlik görürəm.
Düşünürəm ki, bəlkə də Nobel Sülh mükafatı bu il verilməməlidir.
Axar.az xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun rəhbəri Dan Smit deyib.
"Bu mükafatı cari ildə heç kəsə verməyərək, sülh səylərinin kifayət etmədiyinə diqqət çəkmək daha doğru addım olar", - o bildirib.
Qeyd edək ki, Nobel Sülh mükafatı dünya müharibələri də daxil olmaqla, keçmişdə 19 dəfə təqdim edilməyib. Sonuncu dəfə mükafat 1972-ci ildə verilməyib. Digər tərəfdən, bəzi ekspertlər builki Nobel Sülh mükafatının favoritləri arasında bir müddət əvvəl İsrail tərəfindən “persona non qrata” elan edilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin olduğunu bildirib.