Uqledarın ələ keçirilməsi Qərbin Ukraynaya silah tədarükünün mənasız olduğunu təsdiqləyir.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
"Amerika administrasiyasının rəsmiləri Uqledarın ələ keçirilməsi ilə bağlı heç bir şərh vermir, çünki onların Rusiyanın strateji məğlubiyyəti ilə bağlı fikirlərinin iflasa uğradığını etiraf etməsi mümkün deyil”, - səfir qeyd edib.