Ukrayna Rusiya ilə münaqişədə itirdiyi ərazilərdən imtina etmək məcburiyyətində qala bilər.
Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq "Faynənşl Tayms"a müsahibəsində bildirib.
"Finlandiya 1939-cu ildə Sovet İttifaqına qarşı cəsarətlə vuruşdu. Finlər Qırmızı Orduya onlardan gözlənildiyindən qat-qat çox ziyan vurdular. Müharibə onların ərazilərinin 10%-ni itirməsi ilə başa çatdı. Bununla belə, onlar təhlükəsiz sərhəd əldə ediblər", - Y.Stoltenberq deyib.
Alyansın keçmiş rəhbərinin sözlərinə görə, ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən sonra bu istiqamətdə irəliləyiş mümkündür.