Silahlı qüvvələrimizin İsrailə raket zərbələri onların bölgədə etdiklərinə ən az cəza idi.
İsrailə edilən hücumlar qanuni və legitimdir. Biz bu tapşırığı yerinə yetirərkən nə ləngiyirik, nə də tələsik addım atırıq.
Axar.az xəbər verirki, bu sözləri İranın dini rəhbəri Əli Xamenei Hizbullah lideri Həsən Nəsrullahın anım mərasimindəki çıxışında edib.
İranın ali rəhbəri əlavə edib ki, gələcəkdə lazım olarsa, İsrailə yenidən hücum ediləcək.