Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərinin şərhləri cəfəngiyyatdır.
Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano FTX-nin rəhbəri Aleksandr Bortnikovun çıxışını şərh edərkən deyib.
“Bu şərhlər Ermənistana verdiyi vəd və öhdəliklərin yerinə yetirilməməsini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas tamamilə cəfəngiyyat, yalan və manipulyasiyadır”, - o bildirib.
Qeyd edək ki, FTX rəhbəri Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik qurumları rəhbərləri şurasının iclasında Qərbin İrəvanı Bakı ilə sülh danışıqlarını yubatmağa sövq etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə rəhbərlik etmək, Cənubi Qafqazda NATO qoşunlarını yerləşdirmək niyyətində olduğunu demişdi.